Bakıda kanalizasiya çökdü, evləri su basdı - VİDEO

12:06 20.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu Zeytun küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi evlərin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Hafta.az bu barədə FHN-ə istinadən bildirir.

Məlumata görə, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması məqsədilə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.